Əsas məzmuna keç

Rəşad Sadıqov: Futbolda belə oyunlar olur

Rəşad Sadıqov: Futbolda belə oyunlar olur

bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprdə "Omoniya" komandasına qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündən...

Futbolda belə olur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "Zirə"nin Kiprdə "Omoniya" komandasına qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündən sonra konfransında deyib.

Mütəxəssis 0:6 hesabı ilə məğlub olduqları oyunu şərh edib:

"Matç barədə danışmaq çox çətin və ağırdır. Futbolda belə oyunlar olur. Hansı ki, rəqibin meydanda hər istədiyi alınır, amma səninki yox. Rəqib cərimə zərbəsindən vurduğu qolla başladı. Daha sonra qapımıza gözlənilməz penalti təyin olundu. İlk hissənin son dəqiqəsində buraxdığımız qoldan sonra nəyisə dəyişmək çətin idi. 6 qoldan 4-nü standart vəziyyətlərdən buraxmışıq".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…