"Real Madrid" yay transfer pəncərəsində hücumçu Kilian Mbappenin mümkün transferi ilə bağlı PSJ ilə danışıqlar aparmaq fikrində deyil.
"Operativ Məlumat Mərkəzi-OMM" "Marca"ya istinadən xəbər verir ki, buna səbəb oyunçunun çox maaş istəməsi və futbolçunun qiymətidir.
Qeyd edək ki, Mbappe bu mövsüm bütün turnirlərdə PSJ-də 40 oyuna çıxıb, 38 qol vurub və 9 məhsuldar ötürmə edib.