Əsas məzmuna keç

Qurban Yetirmişli: "Zəlzələdən sonra afterşoklar olacaq"

Qurban Yetirmişli: "Zəlzələdən sonra afterşoklar olacaq"

Q.Yetirmişli qeyd edib ki, ola bilsin bu afterşoklar hiss olunmasın. Onun sözlərinə görə, bugünkü zəlzələ iyul ayında Xəzər dənizində baş verən ocaqda...

AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Yetirmişli zəlzələdən sonra afterşokların olacağını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Q.Yetirmişli qeyd edib ki, ola bilsin bu hiss olunmasın.

Onun sözlərinə görə, bugünkü zəlzələ iyul ayında dənizində baş verən ocaqda qeydə alınıb: "Zəlzələ həmin yerdədi, həmin qırılma boyudur. Həmin zaman da 6-7 afterşok olmuşdu. Heç biri də hiss olunmamışdı".

Qeyd edək ki, dekabrın 7-də yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…