Əsas məzmuna keç

Qubadlı şəhərində 600 şagird yerlik məktəb binası tikiləcək

Qubadlı şəhərində 600 şagird yerlik məktəb binası tikiləcək

dövlətimizin başçısına məktəb binası ilə bağlı məlumat verildi. Bildirildi ki, məktəb Qubadlı şəhəri, Dondarlı kəndi və ona bitişik açıq ərazidə inşa...

Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 600 tam binasının təməlinin qoyulması mərasimində iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlətimizin başçısına məktəb binası ilə bağlı məlumat verildi.

Bildirildi ki, məktəb Qubadlı şəhəri, Dondarlı kəndi və ona bitişik açıq ərazidə inşa olunacaq. Təhsil ocağı və ona məxsus açıq yaşayış sahələri ilə əhatə olunacaq. Məktəbin həyətyanı ərazisindəki idman qurğularından və oyun meydançalarından axşamlar və həftə sonları ictimaiyyət nümayəndələri də istifadə edə biləcəklər.

Qeyd edildi ki, məktəb binası modul tipli sinif otaqlarından istifadə olunmaqla layihələndirilib. Təbii işıqla işıqlandırılmış daxili məkanlar məktəbin enerji tələbatını minimuma endirəcək. Binanın strukturu uyğunlaşan sistemdir və şəhərin böyüməsi ilə bağlı şagird sayı artdıqca genişləndirilə bilər.

Dövlətimizin başçısı məktəb binasının təməlini qoydu.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…