Fələstinin Qəzza zolağında HƏMAS hərəkatının lideri Xəlil əl-Heya radikalların tərksilah edilməsinə qəti şəkildə qarşı çıxıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun videomüraciəti Qətərin Əl-Cəzirə telekanalında yayımlanıb.
"HƏMAS-ın mövcudluğu və silahları birbaşa işğalla bağlıdır. Silah gəzdirmək xalqımızın nümayəndələrinin təbii haqqıdır", - əl-Heya deyib.
O, həmçinin bildirib ki, İsrailin Qəzza zolağında atəşkəs təklifi mümkün olmayan şərtləri ehtiva edir.