Operativ Məlumat Mərkəzi

Qəzza zolağında son 24 saatda 70-dən çox insan həlak olub

1 dəq
Paylaş:
Qəzza zolağında son 24 saatda 70-dən çox insan həlak olub
Son 24 saat ərzində Qəzza zolağında 70-dən çox ölü və 370 yaralı xəstəxanalara yerləşdirilib. "Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Qəzza Səhiyyə...

Son 24 saat ərzində Qəzza zolağında 70-dən çox ölü və 370 yaralı xəstəxanalara yerləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Qəzza Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

"Son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 75 ölü və 370 yaralı yerləşdirilib", - açıqlamada bildirilir.

Qeyd olunur ki, ölən 75 nəfərdən 3-ü aclıq və qida çatışmazlığından ölüb, 17-si isə humanitar yardım məntəqələrinin atəşə tutulması nəticəsində həlak olub.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bu yana İsrailin hücumlarında ölənlərin ümumi sayı 62 819 nəfərə çatıb, 158 629 nəfər yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər