Əsas məzmuna keç

Qərbi Azərbaycan İcması ABŞ senatorlarına cavab verib: “Zavallı duruma acıyırıq”

Qərbi Azərbaycan İcması ABŞ senatorlarına cavab verib: “Zavallı duruma acıyırıq”

bununla bağlı İcmanın bəyanatında deyilir: "Bir qrup amerikan konqresmen və senator ənənələrinə sadiq qalaraq Azərbaycanla bağlı növbəti böhtan...

İcması ABŞ və senatorlarının böhtan mahiyyətli məktubuna cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İcmanın bəyanatında deyilir:

"Bir qrup amerikan konqresmen və senator ənənələrinə sadiq qalaraq Azərbaycanla bağlı növbəti böhtan mahiyyətli məktubla çıxış etmişlər.

Azərbaycanı “Qarabağa təcavüz etməkdə” ittiham edən birgə məktubun ən absurd tərəfi ondan ibarətdir ki, və senatorlar işğal altında qalan 8 kəndini “erməni kəndi” kimi qələmə vermişlər.
Ermənistanın özünün rəsmi səviyyədə 8 kəndin Azərbaycana məxsus olması barədə mövqeyindən sonra konqresmenlər və senatorların belə açıqlaması istehza doğurur. Amerikan konqresmenləri və senatorlarının zavallı durumuna acıyırıq.

Bunu konqresmenlərin və senatorların savadsızlığının, yalançı “Amerikan müstəsnalığı”na əsaslanan təkəbbürünün, Azərbaycanofobiya və islamofobiya mərəzinə tutulmasının bariz nümunəsi kimi dəyərləndiririk.

Dünən Azərbaycan və arasında birbaşa təmaslar vasitəsilə əldə edilmiş razılaşma onu göstərir ki, Cənubi Qafqazın amerikan konqresmenləri və senatorlarının savadsız məktublarına heç bir ehtiyacı yoxdur və onlar bölgəyə lüzumsuz geosiyasi rəqabətin gətirilməsi siyasətindən əl çəkməlidirlər".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…