Əsas məzmuna keç

Qəbul imtahanlarında ən yüksək nəticə göstərənlər açıqlanıb

Qəbul imtahanlarında ən yüksək nəticə göstərənlər açıqlanıb

II və III ixtisas qrupları üzrə qəbul imtahanında ən yüksək nəticəni 394 bal toplayan abituriyent göstərdi.

II və III qrupları üzrə mayın 20-21-də keçirilmiş qəbul imtahanlarında ən yüksək nəticə açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bu imtahanda II ixtisas üzrə isə ən yüksək nəticəni 394.0 bal Şərur rayon Kürçülü kənd tam orta məktəbinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 296.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticə (690.7 bal) də ona məxsusdur.

III ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) 2 nəfər – Bakı şəhər S.C.Pişəvəri Humanitar fənlər gimnaziyası və Ağdaş rayon M.Şeyxzadə adına Texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın məzunları göstəriblər. S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının məzunu imtahanın I mərhələsində 286.8 bal toplayıb və III ixtisas qrupu üzrə yüksək nəticə (679.3 bal) də ona məxsusdur.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…