Əsas məzmuna keç

Prezident İlham Əliyev 3 gün ərzində and içəcək

Prezident İlham Əliyev 3 gün ərzində and içəcək

Yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyev 3 gün ərzində and içəcək. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Konstitusiyanın 103-cü...

Yenidən seçilən İlham Əliyev 3 gün ərzində and içəcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Respublikasının Prezidenti şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında seçkilərinin nəticəsi təsdiqlənib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…