Operativ Məlumat Mərkəzi

Polşa və ABŞ birgə müdafiə təşəbbüsləri quracaq

1 dəq
Paylaş:
Polşa və ABŞ birgə müdafiə təşəbbüsləri quracaq
bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib. "Silah şirkətlərinin ikili istifadə texnologiyalarına sərmayə qoyacağı Polşa-ABŞ...

Polşa hakimiyyəti ABŞ nümayəndələri ilə müdafiə təyinatlı məmulatların istehsalı üzrə birgə müəssisələrin yaradılması barədə razılığa gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.

"Silah şirkətlərinin ikili istifadə texnologiyalarına sərmayə qoyacağı Polşa-ABŞ birgə müəssisəsi layihəsi üzrə razılaşma var", - Müdafiə Nazirliyinin rəhbəri bildirib.

O qeyd edib ki, belə müəssisələr təkcə Polşada deyil, həm də Ukraynada silah istehsalına investisiya yatıra bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər