2025-ci il oktyabrın 1-dən Polşada Ukrayna sürücülük vəsiqəsi olan sürücülər üçün qaydalar dəyişəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu baeədə xarici KİV məlumat yayıb.
Nəşr qeyd edir ki, oktyabr ayından etibarən ölkədə 180 gündən çox olan ukraynalılar sürücülük vəsiqələrini dəyişməli olacaqlar. Əgər bunu etməsələr, onları 2000 zloti (təxminən 45.000 rubl) məbləğində cərimə gözləyir.