Əsas məzmuna keç

Şagirdlər ilə müxtəlif regionlarda görüşlər təşkil olunub

Şagirdlər ilə müxtəlif regionlarda görüşlər təşkil olunub

görüşlərin əsas məqsədi şagirdlərin PISA qiymətləndirməsi barədə məlumatlılığının artırılması, onların qiymətləndirməyə münasibətinin öyrənilməsi və...

PISA 2025 (Şagirdlərin Qiymətləndirilməsi üzrə Proqram) qiymətləndirmə tədqiqatında iştirak üçün seçilmiş məktəblərin şagirdləri ilə müxtəlif regionlarda Təhsil İnstitutunun və regional təhsil idarələrinin əməkdaşlarının iştirakı ilə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşlərin əsas məqsədi şagirdlərin PISA qiymətləndirməsi barədə məlumatlılığının artırılması, onların qiymətləndirməyə münasibətinin öyrənilməsi və imtahan prosesinə dair aydın təsəvvürün formalaşdırılması olub.

Tədbirlər çərçivəsində iştirakçılara PISA-nın mahiyyəti, əsas məqsədləri, qiymətləndirmə sahələri və beynəlxalq əhəmiyyəti ilə bağlı təqdimat edilib. Şagirdlərə bu qiymətləndirmənin yalnız nəzəri biliklərin yoxlanmasına deyil, həmin biliklərin həyat şəraitində tətbiqinə əsaslandığı xüsusi vurğulanıb. Eyni zamanda PISA-nın kompüter əsaslı qiymətləndirmə formatı, iştirak qaydaları və texniki prosedurları barədə də ətraflı məlumat verilib.

Görüşlər interaktiv formada həyata keçirilib, şagirdlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, PISA İqtisadi və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən beynəlxalq tədqiqatdır. Bu qiymətləndirmə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını, eləcə də bu biliklərin gündəlik həyatda tətbiqi səviyyəsini ölçən qiymətləndirmə proqramıdır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…