Operativ Məlumat Mərkəzi

Pezeşkian Trampın İran rəsmilərinə qarşı “korrupsiya” ittihamına münasibət bildirib

1 dəq
Paylaş:
Pezeşkian Trampın İran rəsmilərinə qarşı “korrupsiya” ittihamına münasibət bildirib
bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb. İran prezidenti Pezeşkian Kirmanşah əyalətində etdiyi çıxışda ABŞ prezidenti Trampın Səudiyyə...

İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı İran rəsmilərinə qarşı “korrupsiya” ittihamına münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

İran prezidenti Pezeşkian Kirmanşah əyalətində etdiyi çıxışda ABŞ prezidenti Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı İran liderlərini hədəf alan açıqlamalarına toxunub.

Pezeşkian deyib: "O, İran məmurlarını oğru adlandırdı və dedi ki, dünyanı talayırlar. Onlar bizə, ömrünü xalqa xidmətə həsr etmiş insanları tamam başqa bir şey kimi göstərməyə çalışırlar".

Bu xəbəri paylaş

Oxşar xəbərlər