Rusiya və ABŞ arasında danışıqların növbəti raundu aprelin 10-da İstanbulda keçiriləcək və Rusiya Xarici İşlər Nazirliyinin xətti ilə keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftə Rusiya və ABŞ-ın yeni ikitərəfli danışıqları planlaşdırdığını qeyd edib.
O, həmçinin vurğulayıb ki, hər iki tərəf iki ölkənin Moskva və Vaşinqtondakı səfirliklərinin işinə ciddi mane olan narahatedici elementlərin aradan qaldırılması üzərində işləyir.