Pakistan Hindistanın Cammu və Kəşmir əyalətində törədilən terror aktının qərəzsiz araşdırılmasını təklif edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu bəyanatla Pakistanın planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər naziri Əhsan İqbal Çaudri çıxış edib.
Pakistan və Hindistanın nüvə silahına malik olduğunu xatırladan nazir Cənubi Asiyada münaqişələrin genişlənməsinin qarşısını almağa çağırıb.
"Biz Cənubi Asiyada eskalasiyaya yol verə bilmərik. Bunun əvəzinə biz Pakistan və Hindistan birlikdə işləməli, terrorizmlə mübarizə aparmalı və regionda iqtisadi əməkdaşlıq üzərində işləməliyik", - o əlavə edib.