Əsas məzmuna keç

Ötən il Azərbaycana mina problemi ilə bağlı göstərilən beynəlxalq yardımın miqdarı açıqlanıb

Ötən il Azərbaycana mina problemi ilə bağlı göstərilən beynəlxalq yardımın miqdarı açıqlanıb

bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, bu sırada Almaniya 500 min avro,...

Ötən il aparılmış ikitərəfli səylər nəticəsində bir sıra xarici dövlətlər Azərbaycana minatəmizləmə sahəsində maliyyə və texniki yardımlar göstərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, bu sırada Almaniya 500 min , Belçika 250 min avro, Çin 500 min yuan, İtaliya 1,5 milyon avro, BƏƏ 5 milyon dolları məbləğində maliyyə dəstəyini elan edib.

Bununla yanaşı, Xorvatiya və ABŞ-də fəaliyyət göstərən Marşal İrsi İnstitutu tərəfindən Azərbaycana minaaxtaran itlər ianə olunub.

Diqqətə çatdırılıb ki, çoxtərəfli dəstək istiqamətində Aİ tərəfindən üzrə "Avropa Komandası Təsəbbüsü” təsis edilib və Azərbaycandakı probleminə dəstək məqsədilə Avropa Komissiyasının büdcəsindən 2 milyon avro vəsaitin ayrılacağı niyyəti bəyan edilib:
“Hesabat ilinin iyun ayında isə Avropa Xarici Fəaliyyət tərəfindən 2024-2025-ci illər üzrə əlavə 10 milyon avro vəsaitin ayrılacağı bəyan edilib”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…