Əsas məzmuna keç

Olimpiya çempionları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Olimpiya çempionları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri, olimpiya çempionları və mükafatçıları...

Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarında iştirak etmiş idman nümayəndə heyətinin üzvləri, olimpiya çempionları və mükafatçıları Ümummilli Heydər Əliyevin məzarını edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla ediblər.

Gənclər və İdman Nazirliyinin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, həmçinin Şəhidlər Xiyabanı da ziyarət olunub.

Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Qeyd edək ki, Azərbaycan Paris-2024-ü 7 medalla başa vurub. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…