"Brentford"un futbolçusu Brayan Mbeumo qış transfer pəncərəsində klubu tərk edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "Football Insider"-ə istinadən xəbər verir ki, "Nyukasl" 25 yaşlı kamerunlu futbolçunu transfer etmək istəyir.
Qeyd olunur ki, "Brentford" futbolçu üçün 50 milyon avro istəyir.
Qeyd edək ki, Mbeumonun "Brentford" ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir və müqavilə daha bir il uzadılmasını nəzərdə tutur.
Bu mövsüm Brayan İngiltərə Premyer Liqasında "Brentford"un heyətində 9 oyun keçirib və 8 qol vurub.