Nigeriyada heyvanlardan insanlara keçən xəstəlik olan Lassa qızdırmasından ölənlərin sayı artmaqda davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb.
Son bir həftədə ölkənin 6 əyalətində 14 yeni Lassa qızdırması hadisəsinin görüldüyü və 5 nəfərin həyatını itirdiyi bildirilib.
Açıqlamada yanvar ayından bu yana ölkədə ümumilikdə 674 Lassa qızdırması hadisəsinin aşkar edildiyo, epidemiya nəticəsində ölənlərin sayının 127-yə yüksəldiyi qeyd edilib.