Operativ Məlumat Mərkəzi

Nazir: Azərbaycan Yaxın Şərqdə diplomatik təmasları davam etdirir

1 dəq
Paylaş:
Nazir: Azərbaycan Yaxın Şərqdə diplomatik təmasları davam etdirir
bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. “ABŞ və Misir liderlərinin Azərbaycan...

Azərbaycan Yaxın Şərqdə diplomatik təmasları davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“ABŞ və Misir liderlərinin Azərbaycan Prezidentini Şarm əl-Şeyxdə keçirilən sammitə dəvət olunması ölkəmizin sülh təcrübəsinə böyük etimadın göstəricisidir”, - nazir bildirib.

Ceyhun Bayramovun sözlərinə görə, il ərzində Azərbaycan 41 ölkə ilə müxtəlif sənədlər imzalayıb.

Nazir onu da bildirib ki, 2025-ci ildə bir sıra ölkələrdə Azərbaycanın səfirlikləri açılıb: “Suriyada 13 ildən sonra səfirliyimiz fəaliyyəti bərpa edilib. Bu işlər xaricdəki diplomatik nümayəndəliklərimizin genişləndirilməsi işləri çərçivəsində baş verib”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər