Əsas məzmuna keç

Naftalanda xeyli silah-sursat könüllü polisə verilib

Naftalanda xeyli silah-sursat könüllü polisə verilib

Naftalanda silah-sursatı könüllü polisə təqdim edib.

DİN-in xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Naftalan Şəhər Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsindən bir nəfər şəhər sakini bir neçə il bundan əvvəl tapdığı silah-sursatı könüllü olaraq polisə təqdim edib. Baxış zamanı vətəndaşdan 4 ədəd "F1" əl qumbarası, 492 ədəd 7.62 mm-lik və 320 ədəd 5.45 mm-lik avtomat patronu, 14 ədəd müxtəlif silahlara məxsus patron darağı və 1 ədəd odlu aşkarlanıb. Sözügedən silah-sursat müvafiq ekspertizaya təqdim olunub, araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…