Əsas məzmuna keç

Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib

Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib

2024-cü il üçün hazırlıq planına uyğun olaraq, komandir heyəti və onların müavinləri ilə mühəndis hazırlığı üzrə praktiki nümayiş məşğələsi keçirilib. Bu...

2024-cü il üçün hazırlıq planına uyğun olaraq, komandir və onların müavinləri ilə hazırlığı üzrə praktiki məşğələsi keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məşğələdə hərbi qulluqçulara qurğuları, mühəndis maneələri , müasir mühəndis texnikaları və silahlandırma vasitələri haqqında məlumat verilib.

Həmçinin məşğələdə MEMAT mexaniki minatəmizləmə texnikası ilə ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi, partlamayan mühəndis maneələrindən keçidlərin açılması, ponton-körpü salmaqla maneələrin keçilməsi üzrə fəaliyyətlər də nümayiş olunub.

Məşğələnin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların mühəndis maneələrinin qurulması və dəf edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mühəndis hazırlığı üzrə biliklərinin təkmilləşdirilməsidir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…