Belarusdan olan qeyri-qanuni mühacirlərin sərhəddə hücumu nəticəsində polşalı sərhədçi yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsinin Mətbuat Xidməti "X" sosial media hesabında məlumat yayıb.
Nazirlik aprelin 11-dən 13-dək Belarusla sərhəddə Polşaya qanunsuz daxil olmaq üçün 115 cəhdin qeydə alındığını və onların hamısının qarşısı alındığını bildirib.
"Bir nəfər köməklik etdiyinə görə həbs edilib. Patrullara daş atılıb, bir sərhədçi yaralanıb. Onun həyatı üçün təhlükə yoxdur", - məlumatda deyilir.