Əsas məzmuna keç

Meyxanaçı və 2 qadın yanaraq öldü - FOTO

Meyxanaçı və 2 qadın yanaraq öldü - FOTO

hadisə saat 23 radələrində Bakı-Qazax yolunun 246-cı kilometrliyində - Alpout kəndinin ərazisində baş verib. Ucarın Qazıqumlaq kənd sakini 1992-ci il...

Ötən gecə Ucarda baş verən dəhşətli qəzada həyatını və xəsarət alanların kimliyi müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə saat 23 radələrində Bakı-Qazax yolunun 246-cı kilometrliyində - kəndinin ərazisində baş verib.

Ucarın Qazıqumlaq kənd sakini 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi “Peugeot” markalı avtomobili qarşıda gedən “KamAZ”a çırpılıb. Sonradan “Peugeut” markalı avtomobil tamamilə yanıb.

Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim hadisə yerində ölüb. Digər sərnişin 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Bildirilir ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.

ucccccc1.jpg

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…