Əsas məzmuna keç

Maqomedxan Maqomedov olimpiya üçüncüsü oldu

Maqomedxan Maqomedov olimpiya üçüncüsü oldu

yarışın sonuncu günündə Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov bürünc medal görüşünə çıxıb. 97 kiloqram çəki dərəcəsində mübarizə aparan...

Bu gün "Paris-2024" Yay Olimpiya Oyunlarına yekun vurulacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın güləşçisi bürünc medal görüşünə çıxıb.

97 çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən güləşçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bununla da Paris olimpiadasını 7 medalla başa vurub. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kiloqram) bürünc medala sahib çıxıblar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…