Əsas məzmuna keç

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi olub

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi olub

son yarış günündə yunan-Roma güləşi üzrə 63, 67 və 87 kiloqramlarda medalçılar müəyyənləşib. İkinci dəfə dünya çempionatının finalına yüksələn Həsrət...

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatına yekun vurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə 63, 67 və 87 kiloqramlarda medalçılar müəyyənləşib.

İkinci dəfə dünya çempionatının finalına yüksələn (67 kiloqram) həlledici görüşdə iranlı Olimpiya çempionu Səid Esmaili ilə qarşılaşıb. Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiz növbəti dəfə dünya çempionatında medal qazanıb. Bu, onun böyüklər arasında 3-cü (2 gümüş, 1 ) medalı olub.

Bununla da yunan-Roma güləşçilərimizin mundialda medallarının sayı 4-ə çatıb. Xatırladaq ki, daha əvvəl Ülvü Qənizadə (72 kiloqram) qızıl, Eldəniz Əzizli (55 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medalı boyunlarından asıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…