Əsas məzmuna keç

Manyak taksi sürücüsü həbs edildi

Manyak taksi sürücüsü həbs edildi

Paytaxt sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək bildirib ki, yetkinlik yaşına çatmayan övladı...

Paytaxt sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edərək bildirib ki, yetkinlik yaşına çatmayan övladı müştəri kimi əyləşdiyi taksidə olan zaman sürücü uşağa qeyri-etik təkliflər edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in xidmətindən xəbər verilib.

Məlumatda bildirilir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində həmin sürücüsü - Abdulağa saxlanılıb.

Araşdırma zamanı sürücünün narkotik vasitələrin altında taksi fəaliyyəti ilə məşğul olduğu və qeyri-etik təklifi narkotikin təsiri altında etdiyi müəyyən edilib.

Abdulağa Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Abdulağa Mustafayev 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…