Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüşdən sonra Moskvanın Ukrayna böhranının diplomatik yolla həlli istiqamətində qətiyyətli olduğunu vurğulayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.
"Bu mövqe dünən prezident Putin tərəfindən bir daha aydın şəkildə təsdiqləndi", - deyə o qeyd edib.