Operativ Məlumat Mərkəzi

Kürün suyunun azalmasının səbəbi açıqlanıb

1 dəq
Paylaş:
Kürün suyunun azalmasının səbəbi açıqlanıb

Kür çayının suyunun bir hissəsinin su anbarlarında toplanması və ölkələrdə çayın suyundan istifadənin artması ərazisində suyun azalmasına təsir edən amillərdəndir.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin müvəqqəti rəisi Rafiq Verdiyev deyib.

Onun sözlərinə görə, Kür ölkəyə daxil olanda onun müəyyən hissəsi su anbarlarında toplanılır:

"Əks halda yay aylarında sahələrinin suvarılmasında ciddi problemlə qarşılaşarıq. Ümumilikdə isə əvvəlki illərlə müqayisədə ölkəyə daxil olan suyun həcmi azalıb. Bunun paralelində qonşu ölkələrdə sudan istifadə də artıb ki, bu da Kür çayının suyunun azalmasına təsirsiz ötüşməyib".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax