Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov baş nazir Nikol Paşinyanın fikirlərini şərh edərək bildirib ki, Ermənistanın KTMT-dən çıxma potensialı və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) marağı olduğuna görə Kreml Ermənistanın xarici siyasətini “çoxşaxəli” hesab edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"Onun KTMT-dəki statusu ilə bağlı qərar Ermənistanın suverenliyi məsələsidir. Bununla belə, onlar Şanxay Əməkdaşlıq Təşkilatında da maraqlıdırlar. Başqa sözlə, çoxvektorlu siyasət yürüdürlər", - Peskov bildirib.
O vurğulayıb ki, Rusiya həm ikitərəfli, həm də beynəlxalq münasibətlər çərçivəsində İrəvanla maksimum qarşılıqlı fəaliyyətə can atır.