Əsas məzmuna keç

Kreml: Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə bəzi məsələləri razılaşdırıb

Kreml: Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə bəzi məsələləri razılaşdırıb

bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib. O, həmçinin iki ölkə liderlərinin sərhədlərin delimitasiyası ilə...

sülh sazişi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidenti Vladimir Putinin katibi Dmitri Peskov bildirib.

O, həmçinin iki ölkə liderlərinin sərhədlərin delimitasiyası ilə bağlı danışıqları davam etdirdiyini qeyd edərək, bəzi məsələlərin artıq razılaşdırıldığını vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi, həmçinin bəyan edib ki, Rusiya sülhməramlılarının Azərbaycanın bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur.

“Bu (sülhməramlıların çıxarılması - red.), Ermənistanın 1991-ci ilin Azərbaycan sərhədlərini tanımasından sonra regionda formalaşan mövcud reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və artıq sülhməramlılar üçün heç bir funksiya qalmayıb”, - Peskov deyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…