Əsas məzmuna keç

Kirayələdiyi maşınla narkotik daşıyan sürücü SAXLANILDI

Kirayələdiyi maşınla narkotik daşıyan sürücü SAXLANILDI

bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, Ələt-Astara yolu üzərində yerləşən stasionar postunda “KIA” markalı avtomobilin...

Narkotik vasitənin təsir altında sükan arxasına sürücünün kirayələdiyi avtomobillə narkotik daşıdığı məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ələt-Astara yolu üzərində yerləşən stasionar postunda “KIA” markalı avtomobilin sürücüsü yol-patrul əməkdaşının “Saxla” işarəsinə verməyərək hərəkətini davam etdirib. YPX Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə tabesizlik göstərən sürücü – Lənkəran rayon sakini Faiq İsayev saxlanılıb.

"Araşdırma zamanı F.İsayevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi və kirayələdiyi avtomobildə daşıması müəyyən olunub. Belə ki, avtomobilə baxış zamanı oradan ayrı-ayrı qablaşdırılmış ümumi çəkisi iki kiloqrama yaxın olan narkotik vasitə aşkarlanaraq götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi məqsədilə avtomobil kirayələyən F.İsayev aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatd bildirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…