Əsas məzmuna keç

İsrailin yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib

İsrailin yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausu qəbul edib....

Azərbaycanın naziri İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausu qəbul edib.

Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

XİN başçısı səfiri təyinatı münasibətilə təbrik edib, ona Azərbaycanda diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli məsələləri, habelə regional vəziyyət müzakirə olunub. İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, investisiyalar, və humanitar sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb.

Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq doğurduğu, Azərbaycanın sülh və sabitliyin bərqərar edilməsinə çağırış etdiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu qeyd edilib.

Yeni səfir fəaliyyəti müddətində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…