Operativ Məlumat Mərkəzi

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 70 min 937 oldu

1 dəq
Paylaş:
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 70 min 937 oldu
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, İsrail hücumları nəticəsində son 48 saat ərzində onlardan 8-i dağıntılar altından çıxarılmaqla 12...

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların sayı son 48 saat ərzində 12 nəfər artaraq 70 min 937-yə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, İsrail hücumları nəticəsində son 48 saat ərzində onlardan 8-i dağıntılar altından çıxarılmaqla 12 fələstinlinin cənazəsi və 7 yaralı xəstəxanalara çatdırılıb.

Atəşkəsin qüvvəyə minməsindən bəri həyata keçirilən hücumlarda 405 mülki şəxsin həlak olduğu, 1115 nəfərin yaralandığı, dağıntılar altından isə 649 nəfərin cəsədinin çıxarıldığı qeyd edilib.

İsrailin 2023-cü ilin oktyabrında Qəzza zolağına başladığı hücumlar nəticəsində ölənlərin ümumi sayının 70 min 937-yə, yaralıların sayının isə 171 min 192-yə çatdığı vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər