Əsas məzmuna keç

İsrail PUA-ları Qəzzaya hücum edib: ölənlər var

İsrail PUA-ları Qəzzaya hücum edib: ölənlər var

İsrail pilotsuz uçan aparatları (PUA) qüvvədə olan atəşkəs rejiminə baxmayaraq bir neçə məhəlləni hədəfə alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Qətərin “Əl-Cəzirə” kanalı yayıb.

Bildirilib ki, hücumlar Qəzza şəhərinin şərqində Əl-Şucaiyyə məhəlləsinə, eləcə də zolağındakı Beyt Lahiyyə yaxınlığında yerləşən Əl-Atatra ərazisinə təşkil olunub. Nəticədə bir uşaq da daxil olmaqla iki fələstinlinin həyatını itirdiyi qeyd olunur.

Xatırladaq ki, oktyabrın 6-da İsrail və HƏMAS nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza münaqişəsinin həlli üzrə yaxınlaşma danışıqlarını bərpa edib. Oktyabrın 9-da tərəflər ABŞ Prezidenti tərəfindən təqdim olunan sülh planının birinci mərhələsini dəstəkləyib. Atəşkəsin uzadılması barədə razılaşma oktyabrın 10-da qüvvəyə minib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…