Operativ Məlumat Mərkəzi

İsrail helikopteri Qəzza zolağının Rəfah bölgəsinə eniş edərkən qəzaya uğrayıb

1 dəq
Paylaş:
İsrail helikopteri Qəzza zolağının Rəfah bölgəsinə eniş edərkən qəzaya uğrayıb
bu barədə İsrail ordusundan verilən açıqlamada bildirilib. İlkin araşdırmalara görə, hadisə atışma ilə baş verməyib. Qəzanın səbəbləri hələ də...

Qəzzada gecə saatlarında yaralı əsgərin müalicəsi üçün bölgəyə gələn İsrail ordusuna məxsus helikopter Qəzza zolağının Rəfah bölgəsinə eniş edərkən qəzaya uğrayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail ordusundan verilən açıqlamada bildirilib.

İlkin araşdırmalara görə, hadisə atışma ilə baş verməyib. Qəzanın səbəbləri hələ də araşdırılır.

Qəza nəticəsində iki İsrail əsgəri həlak olub. Yeddi əsgər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və müalicə üçün xəstəxanaya aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər