Operativ Məlumat Mərkəzi

İspaniya və Misir fələstinlilərin Qəzza zolağından köçürülməsinə qarşıdır

1 dəq
Paylaş:
İspaniya və Misir fələstinlilərin Qəzza zolağından köçürülməsinə qarşıdır
Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat konfransında danışan Sançes, belə bir planın beynəlxalq hüquqa zidd olduğunu bildirib. Sançes...

İspaniyanın baş naziri Pedro Sançes ABŞ prezidenti Donald Trampın Qəzza zolağının sakinlərini bölgədən çıxarmaq cəhdini rədd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat konfransında danışan Sançes, belə bir planın beynəlxalq hüquqa zidd olduğunu bildirib.

Sançes həmçinin İspaniyanın Fələstində iki dövlətin yaradılması planının həyata keçirilməsinə sadiq olduğunu təsdiqləyib.

Əbdülfəttah əs-Sisi və Pedro Sançes Misir və İspaniya arasında strateji tərəfdaşlıq bəyannaməsi, müxtəlif sahələrdə bir sıra anlaşma memorandumları imzalayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər