Operativ Məlumat Mərkəzi

İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb

1 dəq
Paylaş:
İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb
Hüseynov Arif Dəmir oğlu idarə etdiyi “Vaz 2106” markalı avtomobillə rayonun Mollaisaqlı kəndi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada...

İsmayıllı rayonunda avtomobil piyadanı vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Hüseynov Arif Dəmir oğlu idarə etdiyi “Vaz 2106” markalı avtomobillə rayonun Mollaisaqlı kəndi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Vahidova Göyçək Məhəmmədəli qızını vurub.

Nəticədə G.Vahidova aldığı xəsarətdən ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər