Əsas məzmuna keç

İranın yeni seçilən prezidenti sabah and içəcək

İranın yeni seçilən prezidenti sabah and içəcək

“Tasnim” agentliyi məlumat yayıb. Bildirilib ki, təntənəli andiçmə mərasimində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei, dövlət məmurları,...

İranın yeni Prezidenti Pezeşkianın andiçmə mərasimi sabah iyulun 28-də səhər saat 10-da keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “” agentliyi məlumat yayıb.

Bildirilib ki, təntənəli andiçmə mərasimində İranın ali rəhbəri Seyid Əli Xamənei, dövlət məmurları, hərbçilər, universitet rektorları, xarici ölkələrin səfirləri də iştirak edəcəklər.

Məlumata görə, mərasim İran televiziyaları ilə birbaşa yayımlanacaq.

Bir müddət əvvəl andiçmə mərasiminin iyulun 30-da keçiriləcəyinə dair məlumat yayılmışdı.

Qeyd edək ki, İranda növbədənkənar seçkilərinin birinci turu iyunun 28-də, ikinci turu isə iyulun 7-də keçirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…