Operativ Məlumat Mərkəzi

İran nüvə sazişini bərpa etməyə çağırır

2 dəq
Paylaş:
İran nüvə sazişini bərpa etməyə çağırır

İranın naziri vəzifəsini icra edən Əli Kani deyib ki, Tehran İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Fəaliyyət Planının (JCPOA) tərəfi olaraq qalır və onu bərpa etmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"2015-ci ildə bağlanmış müqaviləmiz var. ABŞ razılaşmadan çıxmaqla müqavilələrə zərbə vurdu. Biz hələ də "JCPOA"-nın tərəfiyik. ABŞ hələ də "JCPOA"-ya qayıtmayıb, ona görə də bizim məqsədimiz 2015-ci il sənədini canlandırmaqdır, biz yeni bir razılaşma axtarmırıq", - deyə o, CNN-ə verdiyi müsahibədə nüvə sazişini və "JCPOA"-nı əvəz edə biləcək mümkün razılaşmalar barədə suala cavab verib.

Baqeri iyulun 16-da “Newsweek” jurnalına müsahibəsində deyib ki, ikitərəfli münasibətləri yaxşılaşdırmaq və nüvə sazişini canlandırmaq üçün addımlar atmaq Vaşinqtondan asılıdır.

İranın nüvə sazişi kimi də tanınan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) 2015-ci ildə İran, BMT Şurasının beş daimi üzvü (, Böyük Britaniya, Çin, ABŞ və Fransa) və İran tərəfindən imzalanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax