Əsas məzmuna keç

İran ballistik raketlərlə İsrailə hücum edib, 4 nəfər ölüb - YENİLƏNİB

İran ballistik raketlərlə İsrailə hücum edib, 4 nəfər ölüb - YENİLƏNİB

bu barədə İsrail mətubatı məlumat yayıb. *** İran ballistik raketlərlə İsrailə hücum edib. Raketlərdən azı biri Beerşeba şəhərinə düşüb. "Operativ...

İranın raketlərlə İsrailin Beerşeba şəhərinə zərbəsi nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail mətubatı məlumat yayıb.

***

İran ballistik raketlərlə İsrailə hücum edib. Raketlərdən azı biri Beerşeba şəhərinə düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kanal 12-nin məlumatına görə Beerşeba şəhərinə düşən 7 mərtəbəli binaya çırpılıb.

Raketin düşməsi nəticəsində ölənlərin , bir neçə nəfərin də yaralandığı bildirilir.

İsrail ordusunun məlumatına görə, İrandan daha bir neçə raket buraxılıb. Yerli sakinlərə sığınacaqlara getmələri tapşırılıb. Bir çox şəhərdə həyəcan siqnalı səsləndirilir.

Hücumun gecə saatlarında İsrailin Tehranı atəşə tutmasına cavab olduğu ehtimal olunur. İsrailin Hava Qüvvələri şəhərin bir neçə ərazisini bir anda vurub.

ABŞ prezidenti Trampın elan etdiyi atəşkəsin bir neçə saatdan sonra başlayacağı gözlənilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…