Operativ Məlumat Mərkəzi

"İnter" bu futbolçu ilə maraqlanır

1 dəq
Paylaş:
"İnter" bu futbolçu ilə maraqlanır
yarımmüdafiəçinin xidmətində "İnter" maraqlıdır. “Neradzurri”nin nümayəndələri futbolçunun agenti ilə ilkin danışıqlar aparıb. Milanlılar Petarı yanvarda...

Zaqreb "Dinamo"sunun 21 yaşlı yarımmüdafiəçi Petar Suçiç İtaliya A Seriyasına keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçinin xidmətində "İnter" maraqlıdır.

“Neradzurri”nin nümayəndələri futbolçunun agenti ilə ilkin danışıqlar aparıb.

Milanlılar Petarı yanvarda almaq və onu 2024/2025 mövsümünün sonuna qədər icarə əsasında "Dinamo"da saxlamaq istəyir.

Cari mövsümdə Suçiç 17 oyun keçirib. Yarımmüdafiəçi 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər