Əsas məzmuna keç

İlham Əliyev Slovakiyanın yeni Prezidentini təbrik edib

İlham Əliyev Slovakiyanın yeni Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın yeni seçilmiş Prezidenti Peter Pelleqriniyə təbrik məktubu ünvanlayıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in...

İlham Əliyev Slovakiyanın yeni Prezidenti Peter Pelleqriniyə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli Pelleqrini,

Slovakiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Slovakiya ilə dostluq əlaqələrimizin inkişafı bizim üçün böyük önəm kəsb edir. Hazırda Azərbaycan-Slovakiya əməkdaşlığının müxtəlif sahələrdə yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Keçən ildən ölkəmizin Bratislavada fəaliyyətə başlamış Səfirliyinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyinə inanıram.

ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…