Operativ Məlumat Mərkəzi

İlham Əliyev Kir Starmerə başsağlığı məktubu göndərib

1 dəq
Paylaş:
İlham Əliyev Kir Starmerə başsağlığı məktubu göndərib
məktubda deyilir: "Hörmətli cənab Baş nazir, Hindistanın Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması...

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə başsağlığı məktubu göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Hindistanın Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla, çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər