Əsas məzmuna keç

İlham Əliyev İran XİN başçısı ilə Zəngəzur dəhlizini müzakirə edib

İlham Əliyev İran XİN başçısı ilə Zəngəzur dəhlizini müzakirə edib

bununla bağlı müzakirələr Bakıda səfərdə olan H.Ə.Abdullahiyan iyulun 5-də Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb. Söhbət zamanı...

İlham Əliyev və İranın naziri Hüseyn Əmir Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə ediblər.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bununla bağlı müzakirələr Bakıda səfərdə olan H.Ə.Abdullahiyan iyulun 5-də İlham Əliyevin qəbulunda olarkən aparılıb.

Söhbət zamanı iqtisadi-ticari əlaqələrin son dövrlərdə artan dinamikası məmnunluqla qeyd edilib, Şimal-Cənub dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Hər iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyi müsbət hal kimi qeyd olundu.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…