Operativ Məlumat Mərkəzi

İlham Əliyev Əhməd Əl-Tayyibə başsağlığı verib

1 dəq
Paylaş:
İlham Əliyev Əhməd Əl-Tayyibə başsağlığı verib
başsağlığı mətnində deyilir "Zati-həzrətləri, Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca...

Prezident İlham Əliyev Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyib Həzrətlərinə başsağlığı məktubu göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, başsağlığı mətnində deyilir

"Zati-həzrətləri,

Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".

Bu xəbəri paylaş

Oxşar xəbərlər