Əsas məzmuna keç

İlham Əliyev Azərbaycanın İslam həmrəyliyini hər zaman dəstəklədiyini bildirib

İlham Əliyev Azərbaycanın İslam həmrəyliyini hər zaman dəstəklədiyini bildirib

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin İslam həmrəyliyini hər zaman dəstəklədiyini bildirib. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə,...

İlham Əliyev ölkəmizin İslam həmrəyliyini hər zaman dəstəklədiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin əl-Asumini qəbul edərkən deyib.

Prezident İlham Əliyev bu xüsusda bir müddət əvvəl Fələstində Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını, Azərbaycanın nazirinin Fələstinə səfərini və orada ölkəmiz tərəfindən məktəbin inşasını qeyd edib.

Dövlət başçısı Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini xatırlayıb, ölkəmizin Avropada islamofobiya meyillərinin artmasından narahatlığını ifadə edib, bu cür meyilləri qınadığını dedi və bir müddət əvvəl Azərbaycanda islamofobiya ilə əlaqədar çox əhəmiyyətli konfransın keçirildiyini vurğulayaraq, gələcəkdə bu xüsusda birgə platformanın yaradılmasının önəmini diqqətə çatdırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…