Operativ Məlumat Mərkəzi

İl-76 təyyarəsinin qəzaya uğradığı yerdə axtarış əməliyyatları başa çatıb

2 dəq
Paylaş:
İl-76 təyyarəsinin qəzaya uğradığı yerdə axtarış əməliyyatları başa çatıb

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları İvanovo vilayəti ərazisində qəzaya uğrayan İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəza yerində axtarış-xilasetmə işlərini başa çatdırıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəsmi Teleqram kanalında məlumat verilib.

Hadisə yerindəki mövcud vəziyyətlə bağlı digər təfərrüatlar hələlik aydın deyil.

Qeyd edək ki, martın 12-də İvanovo vilayətində təlim uçuşu həyata keçirən İl-76 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Baza Teleqram kanalının məlumatına görə, təyyarə Boqorodskoye kəndi yaxınlığındakı qəbiristanlıq ərazisinə düşüb.

İlkin olaraq təyyarədə 8 ekipaj üzvü və 7 sərnişinin olduğu bildirilib. Lakin sonradan Teleqram 112 kanalı öz mənbəsinə istinadən məlumat yayıb ki, salonda başqa qeydiyyatı olmayan sərnişinlərin də ola biləcəyi qeyd edilib. Eyni zamanda hadisə yerinə gələn mütəxəssislər sağ qalan insan tapa bilməyiblər.

Buna cavab olaraq Rusiya Müdafiə Nazirliyi qəzanın səbəbini açıqlayıb. Nazirlik nümayəndələri qeyd ediblər ki, havaya qalxan zaman təyyarənin mühərriklərindən biri yanıb. Nəticədə pilotlar təcili eniş etməyə çalışsalar da, təyyarə uçuş-enmə zolağına çıxa bilməyib və qəzaya uğrayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər