Operativ Məlumat Mərkəzi

Husilər Yəmən sahillərində gəmiyə hücum ediblər

2 dəq
Paylaş:
Husilər Yəmən sahillərində gəmiyə hücum ediblər
bu barədə xarici KİV məlumat verib. Qəzza zolağında İsrail və HƏMAS arasında müharibənin fonunda Yəməndəki husi üsyançıları 2023-cü ilin oktyabr ayının...

Kral Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi UKMTO Yəmən sahillərindən 60 km uzaqlıqda husilərin gəmiyə hücum etdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

Qəzza zolağında İsrail və HƏMAS arasında müharibənin fonunda Yəməndəki husi üsyançıları 2023-cü ilin oktyabr ayının əvvəlində Qırmızı dənizdə ticarət və hərbi gəmilərə hücum etməyə başlayılar. Bu məqsədlər üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə olunur.

Husilər bildirib ki, onlar yalnız İsrail limanlarına üz tutan gəmiləri və ya sahiblərinin İsraillə əlaqəsi olan gəmiləri hədəf alırlar. Lakin onların hərəkətləri beynəlxalq daşımalara mane olmağa başlayıb.

Çoxsaylı şirkətlər artıq gəmilərini Ədən körfəzini Qırmızı dənizə birləşdirən və dünya üçün mühüm gəmiçilik marşrutu olan Bab əl-Məndəb boğazından keçirməyəcəklərini açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər