Ötən il sentyabrın 27-də İsrailin Beyruta hücumu nəticəsində vəfat edən Livanın şiə təşkilatı Hizbullahın baş katibi Həsən Nəsrullah fevralın 23-də dəfn ediləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Livandakı şiə icma mənbələrinə əsaslanaraq “Əl Cedid” telekanalı məlumat yayıb.
Məlumata görə, Nəsrullahın və onun ən yaxın dostu, Hizbullahın İcraiyyə Şurasının sədri Haşim Safi əd-Dinin (oktyabrın 3-də Beyrutun cənub ətrafını İsrailin atəşə tutması nəticəsində həlak olub) dəfn mərasimi ilə bağlı rəsmi açıqlama növbəti 48 gün ərzində veriləcək.